“Ermənistan rəhbərliyi xalqının gələcəyini düşünməlidir” AÇIQLAMA

Ramiz Mehdiyev: "Bu gün Ermənistan beynəlxalq sülh və təhlükəsizlik üçün təhdid mənbəyinə çevrilib"
“Ermənistan rəhbərliyi xalqının gələcəyini düşünməlidir” AÇIQLAMA

"Əminəm ki, Ermənistanın Azərbaycana təcavüzü nəticəsində yaranan Dağlıq Qarabağ münaqişəsinin ədalətli həlli regionda iqtisadi sabitliyə, təhlükəsizliyə, əməkdaşlığa və inkişafa təkan verəcək". Bunu "Azərbaycan 2020: Gələcəyə baxış" mövzusunda beynəlxalq konfransda çıxışında Azərbaycan Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyev deyib.

"Bu amillərə məhəl qoymayan Ermənistan açıq hərbi təcavüz aktı həyata keçirmiş, Azərbaycanı silahlı münaqişəyə sürükləmiş və 20% ərazilərimizi işğal etmişdir. Vəziyyətin obyektiv dəyərləndirilməsi, Ermənistanın beynəlxalq məsuliyyətini önə çəkir. Buna görə də bu hökumətin rəhbərləri hər zaman hüquqi anlayışlar olan təcavüz və işğal faktını ört-basdır etməyə çalışırlar", - Mehdiyev əlavə edib.

Akademik təcavüz anlayışını təsadüfən işlətmədiyini xüsusi qeyd edib. "Beynəlxalq hüququn fundamental prinsip və normaları ilə ziddiyyət təşkil edən bu məfhum dünya birliyi tərəfindən birmənalı şəkildə qınanılıb. Bu gün Ermənistan beynəlxalq sülh və təhlükəsizlik üçün təhdid mənbəyinə çevrilib. Ermənistan rəhbərləri çox təhlükəli oyunun "peşka"sına çevriliblər, öz ölkəsinin xarici ölkənin Cənubi Qafqazda forpostu damğasını qəbul ediblər. Onlar öz məsuliyyətlərini dərk etməlidirlər və erməni xalqının gələcəyini düşünməlidirlər".

Bütün xəbərlər Facebook səhifəmizdə