İranın Azərbaycana qarşı növbəti 2013 planı

İranın Azərbaycana qarşı növbəti 2013 planı

BHƏA İran tərəfindən maliyyələşir

Son aylarda Beynəlxalq Haqq və Ədalət Assosiasiyasının fəaliyyətində fəallıq müşahidə olunur. Böyük ehtimalla bu fəallıq xarici qüvvələrin təsiri və dəstəyi sayəsindədir. Qarşıdan gələn 2013-cü ildə Azərbaycanda prezident seçkilərinin keçiriləcəyini nəzərə alaraq, Beynəlxalq Haqq və Ədalət Assosiasiyası tərəfindən hazırda həyata keçirilən kampaniyanın fəallaşacağı istisna edilmir.

Assosiasiya İran tərəfindən maliyyələşdirilir. Təşkilatın fəaliyyəti ilə əlaqədar apardığımız jurnalist araşdırması sözügedən qurumun maliyyləşdirilməsinə dair yeni faktları ortaya çıxarıb.

Belə ki, Beynəlxalq Haqq və Ədalət Assosiasiyasının internet səhifəsində qurumun təsisçilərdən biri hesab olunan İlqar Rzayev adlı şəxs tərəfindən maliyyələşdirildiyi qeyd olunur.

Məlum olub ki, İlqar Rzayev İsveçrənin Baar şəhərində qeydiyyatdan keçmiş, neft alqı-satqısı sahəsində ixtisaslaşan "TOFOİL" adlı özəl Azərbaycan şirkətində çalışıb. İşlədiyi müddətdə İlqar Rzayev sözügedən şirkətin prezidenti Tofiq Hüseynov tərəfindən ona göstərilən etimaddan sui-istifadə edərək böyük məbləğdə maliyyə vəsaitini mənimsəyib. Məsələ ilə bağlı "TOFOİL" şirkəti İlqar Rzayevə qarşı İsveçrə məhkəməsində iddia qaldırıb və məhkəmə tərəfindən onun ölkədən deportasiya edilməsi ilə bağlı iki qərar çıxarılıb.

Hazırda İlqar Rzayev deportasiyadan yayınmaq məqsədilə İsveçrədə siyasi sığınacaq almağa səy göstərir.

Hadisələrin təhlili göstərir ki, Beynəlxalq Haqq və Ədalət Assosiasiyası tərəfindən Azərbaycan Respublikası Dövlət Neft Şirkətinə (ARDNŞ) qarşı həyata keçirilən "qara piar" kampaniyasının məqsədi İlqar Rzayevin İsveçrədə siyasi sığınacaq almaq istəyidir.

Başqa bir xəbərə görə, Azərbaycanın İsveçrədəki səfirliyinə Bazel şəhərində fəaliyyət göstərən müxalifyönümlü Beynəlxalq Haqq və Ədalət Assosiyası tərəfindən hazırlanmış məlumat daxil olub. Məlumatda son illər ərzində Azərbaycanın yaşadığı sürətli sosial-iqtisadi inkişafa kölgə salan və xüsusilə də Dövlət Neft Şirkəti (ARDNŞ) və onun İsveçrədə təsis etdiyi "SOCAR Tradinq SA", "SOCAR Energy Svitzerland Holdinq AG" və "SOCAR Black Sea SA" şirkətlərinin fəaliyyətinə münasibətdə əsassız, məntiqsiz və böhtan xarakterli bir sıra məlumatlar öz əksini tapıb. Sənəddə göstərilən məlumatların Azərbaycan və İsveçrə kütləvi informasiya vasitələri ilə yanaşı, güya İsveçrə hüquq-mühafizə qurumlarına da göndərildiyi iddia edilir.

Vasif Həsənli

Bütün xəbərlər Facebook səhifəmizdə