"Vəziyyət o həddə çatıb ki, prezidentlər səviyyəsində görüş belə reallaşa bilmir. Dekabrın 6-7-si 2012-ci tarixində yalnız ATƏT-in Xarici işlər nazirləri şurasının Dublində keçirilən görüşündə nazirlərin biraraya gəlməsi mümkündür". Bunu SİA-ya Prezident yanında Dövlət İdarəçilik Akademiyasının Geostrateji Araşdırmalar Mərkəzinin direktor müavini, politoloq Elman Nəsirli ATƏT-in Minsk qrupu həmsədrlərinin regiona növbəti səfərinə münasibət bildirərkən deyib.
Onun sözlərinə görə, ATƏT-in Minsk qrupu həmsədrlərinin regiona növbəti səfəri oktyabrın 27-si 2012-ci il tarixində Fransanın paytaxtı Parisdə Azərbaycan və Ermənistan Xarici işlər nazirlərinin həmsədrlərlə görüşü zamanı razılaşdırılmış sənəddir: "Bu səfər öncəsi hələ o zaman Parisdə bəyan edilib ki, həmsədrlər tərəflərə işçi təkliflər deyilən təkliflər veriblər. Minsk qrupu həmsədrlərinin səfərləri ərəfəsində də bu məsələ ətrafında fakir mübadiləsi aparılacaq. Məlumdur ki, həmsdərlərin ilk səfəri qondarma Dağlıq Qarabağ məsələsi ilə əlaqədar baş tutub. Bundan sonra isə onlar həm Ermənistanda həm də ki, Azərbaycanda oldular. Burada sadəcə olaraq işçi təkliflərdən söhbət gedir. Prinsipcə bu təkliflərin mahiyyəti belə aydın deyil. Eləcə də bu yeniləşmiş Madrid prinsiplərindən imtina da deyildir. Burada başlıca olaraq söhbət ondan gedir ki, atəşkəs rejimi qorunub, saxlanılsın və mövcud gərginlik aradan qaldırılsın".sirli həmçinin Ermənistanın baş naziri Tiqran Sarqsyanın Azərbaycanı Qarabağ münaqişəsinin nizamlanması üzrə destruktiv mövqedə ittiham edərək yerli və xarici ictimaiyyəti qəsdən aldatması ilə bağlı verdiyi müsahibəsinə də aydınlıq gətirib: "Bu müsahibə onu göstərdi ki, Ermənistan iqtidarının münaqişənin həlli ilə bağlı heç bir konstruktiv mövqeyi yoxdur. O sadəcə olaraq münaqişənin hazırki vəziyyətdə status-kvosunun qorunub saxlanılmasında maraqlıdır. T.Sarqsyan bütün ciddi-cəhdlə buna çalışır. Bu nəticəyə gəlmək olar ki, Ermənistan tərəfi maksimum çalışır ki, heç bir dialoqa getməsin".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB