"Fransa Ermənistanın bacısıdır"

"Fransa Ermənistanın bacısıdır"

"ATƏT-in Minsk qrupu həmsədrləri mütəmadi olaraq regiona səfər edirlər. Amma bu vasitəçilərin verdikləri təkliflərin heç biri beynəlxalq hüquqa, BMT-nin qəbul etdiyi qətnamələrə uyğun gəlmir". Bunu SİA-ya Millət vəkili Siyavuş Novruzov deyib.

Onun sözlərinə görə, bu vasitəçilik ATƏT çərçivəsindən çıxıb BMT TŞ-na həvvalə olunmalıdır: "Bu gün Rusiyanın Ermənistanda hərbi bazaları var və onu daimi olaraq silah-sursatla təmin edir. Artıq Rusiyanın Dağlıq Qarabağ probleminin həll olunmasındakı rolu açıq-aşkar bəllidir. Hətta Fransa prezidenti Serj Sarkisyan çıxışlarının birində deyib ki, Fransa Ermənistanın bacısıdır. Bu cür düşünən ölkə rəhbəri və dövlət DQ probleminin həll olunmasında necə ədalətli mövqe sərgiləyə bilər? Məlum məsələdir ki, Amerikada (ABŞ) böyük erməni diasporu var. Hesab edirəm ki, həmsdərlik missiyası ya dəyişməli və ayrı-ayrı ölkələrə verilməli, ya da ümumiyyətlə ATƏT-in həmsdərlik işinə son qoyulmalıdır. Bu proses artıq BMT TŞ-da müzakirə olunur".

Bütün xəbərlər Facebook səhifəmizdə