ATƏT-in Minsk Qrupunun həmsədrləri işğal olunmuş ərazilərimizdən İrəvana qayıdacaqlar
ATƏT-in Minsk Qrupunun həmsədrləri Robert Bradtke, İqor Popov və Jak For, həmçinin ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik Azərbaycanın erməni işğalı altında olan Dağlıq Qarabağa gediblər.
Ermənistan mətbuatının verdiyi məlumata görə, vasitəçilər bu gün Xankəndidə separatçı rejimin rəhbəri Bako Saaakyanla görüşüblər. Görüşdə Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair məsələlər və regiondakı son vəziyyət müzakirə olunub.
Həmsədrlər Dağlıq Qarabağdan İrəvana qayıdacaqlar. Onların Bakıya səfəri gələn həftəyə nəzərdə tutulur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB