"Müxalifətin narahatlığı bizim üçün heç nə ifadə etmir. Biz öz namizədimizi seçki qanunvericiliyinə uyğun şəkildə, zamanı gələndə elan edəcəyik". Bunu Milli Məclisin vitse-spikeri Bahar Muradova deyib.
Onun sözlərinə görə, onların bunu necə dəyərləndirməsinin heç bir əhəmiyyəti yoxdur: "Birmənalı olaraq, YAP-ın namizədi Prezident İlham Əliyev olacaq. YAP-ın bütün üzvləri, bu partiyanı dəstəkləyən vətəndaşlar, İlham Əliyevin siyasətini dəstəkləyən və ona dayaq duran bütün Azərbaycan vətəndaşları növbəti 5 ildə İlham Əliyevi prezident kimi görmək istəyir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB