"Azərbaycan hakimiyyəti ölkədə qanunsuz halların qarşısını almağa qadirdir"
"Azərbaycan hakimiyyəti ölkədə qanunsuz halların qarşısını almağa qadirdir". Bunu SİA-ya açıqlamasında hakim Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini, Milli Məclisin deputatı Mübariz Qurbanlı İctimai Palatanın Milli Məclisin binası qarşısında planlaşdırdığı aksiyaya münasibət bildirərkən deyib.
Deputat bildirib ki, Azərbaycan xalqı ölkədə xaos yaradanlara qarşıdır: "Ona görə də Azərbaycanda qarşıdurma yaratmaq istəyənlər məqsdlərinə çata bilməyəcəklər. Təbii ki, bunun qarşısı alınacaq. Ölkədə ictimai asayişin və sabitliyin qorunub saxlanılması üçün Azərbaycan dövləti və hakimiyyətinin kifayət qədər gücü var".
M.Qurbanlı deyib ki, müxalifətin növbəti dəfə Milli Məclis qarşısında keçirəcəyi qanunsuz aksiyanın qarşısı hüquq-mühafizə orqanları tərəfindən qətiyyətlə alınacaq. Onun sözlərinə görə, Azərbaycanda qanunu pozaraq qarşıdurma yaratmaq artıq müxalifətin adətinə çevrilib: "Yüz dəfə demişik və yüz birinci dəfə də deyirik ki, bütün siyasi aksiyalar qanun çərçivəsində keçirilməlidir. Bütün aksiya və bu kimi tədbirlər "Sərbəst toplaşma azadlığı haqqında" qanunla tənzimlənir. Müxalifət başa düşməlidir ki, istənilən qanunsuz aksiyanın qarşısı qətiyyətlə alınacaq".
M.Qurbanlı deyib ki, qeyri-qanuni aksiyalara və qanun pozuntusuna cəhdlər bütövlükdə dövlətin əsaslarına zərbə vuran hallardır: "Bu cür hallara yol vermək olmaz. Qanun hamı üçün eynidir və alidir".
Həsən Həsənov
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB