Ölkəmiz layiqincə təmsil olundu

Azərbaycan Respublikası Milli Məclisinin deputatı Fuad Muradov Kanadanın Kvebek şəhərində Beynəlxalq Parlamentlər İttifaqının 127-ci sessiyasında iştirak edib. SİA-nın məlumatına görə, Millət vəkili sessiyanın son günündə Uruqvay, Litva, İsveçrə, Venesuela nümayəndə heyətləri ilə görüşlər keçirib. Görüşdə iki parlament arasında əməkdaşlıq və yeni layihələr haqqında müzakirələr olub. Səfər çərçivəsində Azərbaycan nümayəndə heyəti ümumilikdə 20-dən artıq görüş keçirib.

Bütün xəbərlər Facebook səhifəmizdə