Yeni Azərbaycan Partiyası (YAP) Gənclər Birliyinin sədr müavini Aytac Əliyevanın Səs TV-yə müsahibəsi
- Aytac xanım, YAP rəhbərliyinin gənclərə verdikləri tapşırıq və tövsiyələr necə yerinə yetirir?
- YAP yarandığı dövrdən Azərbaycan xalqının içində olub, xalqla birgə addımlayıb, onunla bir böyüyüb. YAP bu gün cəmiyyətimizin avanqard gücünü, səsini ifadə edir. YAP Gənclər Birliyi təsis olunduğu gündən daima partiya rəhbərliyinin bütün tapşırıqlarına diqqətlə qulaq asmış, onların getdiyi yolla getməyə çalışmış və bizim əldə etdiyimiz uğurları da sadalasaq, partiya rəhbərliyinin tapşırıqlarına, tövsiyələrinə yüksək səviyyədə əməl edib. Nəzərə alsaq ki, Yeni Azərbaycan Partiyasının sədri, dövlət başçısı İlham Əliyevdir, deməli Azərbaycan gəncliyinin də özünə seçdiyi nümunə cənab İlham Əliyevdir. Biz nümunəmizi ölkə başçımızdan götürürük. Buradan özümüzə dərs götürüb, gələcək bir körpü rolunu oynayırıq. Bu körpüdən əmin addımlarla keçməyə çalışırıq.
- Gənclər Birliyinin beynəlxalq fəaliyyəti ilə bağlı nə deyə bilərsiniz?
- Gənclər Birliyinin beynəlxalq əlaqələri çox genişdir. Nəzərə alsaq ki, beynəlxalq əlaqələrimizi partiyanın özünün qurduğu beynəlxalq əlaqələr səviyyəsində formalaşdırmağa çalışırıqsa, onda burada heç bir şişirtmənin olmadığını görə bilərik. YAP Gənclər Birliyinin istər Avropa məkanında, istər Yaxın Asiya regionunda, istərsə də qonşu ölkələrlə çox gözəl əlaqələri var. Bir nüansı diqqətinizə çatdırım ki, "SƏS" televiziyasında, agentliyində, qəzetində bu yaxınlarda YAP Gənclər Birliyinin sədr müavini Ramil Məmmədovun Asiya Siyasi Partiyalarının Beynəlxalq Konfransını Malayziyada keçirilən gənclərin təsis konfransında Qafqaz regionu üzrə vitse-prezident seçilməsi haqqında məlumat yazıldı. Ramil Məmmədov bu haqda geniş müsahibədə verib. Artıq YAP-ın Gənclər Birliyi öz sözünü, layihələrini sadəcə ölkə daxilində deyil, eyni zamanda ölkə sərhədlərindən kənarda da, Türkiyədə, Gürcüstanda, Rusiyada, Avropanın hegemon dövlətlərində, ABŞ-da deyib. Avropanın ən böyük siyasi partiyası olan Avropa Xalqları Partiyasının gənclər qolu ilə çox sıx əlaqələri var. Biz hətta onlardan Azərbaycana nümayəndə qrupu da dəvət etmişik. Bir sıra Avropa ölkələrinin istər hakim partiyalarla olsun, istərsə də QHT-lərlə olsun partiyamızın Gənclər Birliyinin çox gözəl əlaqələri var. Bu yaxınlarda bizim nümayəndə heyətimiz Rumıniyada, Moldovada səfərdə olub. Bu sevindirici haldır ki, partiya rəhbərliyi ilə yanaşı gənclərimizdə orada təmsil olunur və əlaqələrimizi getdikcə daha çox inkişaf etdiririk.
- Oktyabrın 20-də keçirilən qanunsuz aksiyaya toxunmaq istəyirəm. Təəssüflər olsun ki, bu aksiyalarda azda olsa bir qrup gənc iştirak edib. Radikal partiya rəhbərlərin israrları ilə küçəyə çıxan bu gənclərə münasibətiniz necədir?
- Bu kimi aksiyalarda iştirak edən gənclərə baxdıqda təəssüf hissi keçirirəm. Çünki, orada Azərbaycan dəyərlərinə qarşı ölkəmizə, xalqımıza xəyanətdə əvəzsiz rol oynayan müxalifət liderlərin arxasınca gedən gənclik bizim itirdiyimiz gənclikdir. Bunu çürük ağaca bənzədirəm. Ağacı qeyri-münbit torpaqda əkəndə o çürüyəcək və yarpaqları töküləcək. Son dövrlərdə sözügedən qurumda baş verənləri izlədikdə fikrimin təsdiqini görmək olar. Onların arxasınca gedən gənclər təəssüf ki, beyinləri bəzi "liderlər"in zəhərli fikirləri ilə yuyulmuş gənclərdir. Məşhur ingilis filosofu Con Lokun belə bir fikri var: "İnsan beyni anadan olanda təmiz lövhə olur. Həyat boyu orada qazandığı təcrübələri beyninə yazaraq həyatını formalaşdırır". Çox təəssüflər olsun ki, bu gənclər də təmiz beyinlərlə həyatlarında etdikləri balaca səhv onların beyinlərinin səhv formada kodlaşdırmasına gətirib çıxarır. O aksiyaları izlədikdə onların o tələbləri, çığır-bağırları əsas mahiyyəti kənarda qoyur, sanki Qərbə, Avropaya onları himayə edənlərə mesaj kimi verir ki, baxın biz bunları etdik. Həmin aksiyalarda biz müxalifət liderlərini görə bilmədik. Biri evində, digər ofisində oturmaqla bəyanat yayır. Onlara inanan insanlar küçəyə çıxırlar. Əgər siz də bir ideologiyaya sahibsinizsə yaxınlarınız, özünüz bir nümunə olaraq o aksiyalarda iştirak edin. Özünü sığortalayıb gəncləri səhv yola vadar edib, yanlış biliklərlə beynlərini zəhərləyib etiraz aksiyalarına göndərmək artıq siyasətdən kənar bir şeydir. Yəni aksiyalarda iştirak edən gənclər siyasətlə əlaqəsi olmayan insanlardır. Buradan belə anlaşılır ki, heç kim maliyyələşmə olmasa, hər hansı bir marağı olmasa aksiyada iştirak etməz. Bu gün kimi, su kimi aydın bir şeydir.
Aydan Xanlarqızı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB