Müsavat üzvü partiyanı tərk etdi

Müsavat üzvü partiyanı tərk etdi

Müsavat Partiyasının üzvü İmanov Süleyman Məhərrəm oğlu bu partiyanın sıralarını tərk etməsi ilə bağlı bəyanat verib. Əslən Cəbrayıl rayonundan olan, Binəqədi rayonu Binəqədi qəsəbəsində yaşayan S.İmanov ölkə Prezidenti İlham Əliyevin apardığı siyasi kursu birmənalı şəkildə dəstəklədiyini qeyd edərək bildirir ki, xalqımızın qəhrəman oğlu Ramil Səfərovun zindandan azad olunması istiqamətində dövlətimizin, ölkə Prezidenti İlham Əliyevin fəaliyyətini yüksək qiymətləndirir və dövlət başçısına öz təşəkkürünü bildirir.

S.İmanov bəyanatında Müsavat Partiyasının üzvlüyündən imtina etdiyini və Yeni Azərbaycan Partiyasının üzvü olmaq istədiyini bildirir.

Göründüyü kimi, artıq radikal müxalifət partiyalarının üzvləri bu siyasi təşkilatların Azərbaycan dövlətinin milli maraqlarına zidd olan siyasəti ilə barışmadığını əyani şəkildə nümayiş etdirirlər. Bu və bunun kimi faktlar isə vətəndaşlarımızın dövlətimizin inkişafını arzuladıqlarını və bu inkişafa kölgə salmaq üçün bir sıra fərqli maraqlara xidmət göstərən siyasi partiyaların fəaliyyətini bəyənmədiklərini, ondan imtina etdiklərini bir daha təsdiqləyir.

Pərviz SADAYOĞLU

Bütün xəbərlər Facebook səhifəmizdə