"Müxalifət cinayətkarları öz siyahısına salır"

"Müxalifət cinayətkarları öz siyahısına salır"

"Bu siyasi qüvvələr əsas diqqətlərini prezident seçkilərini yönəltməlidirlər". SİA-nın xəbərinə görə, bunu Səstv-yə müsahibəsində Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Qüdrət Həsənquliyev bildirib. Onun sözlərinə görə, bütünlüklə müxalifət çalışmalıdır ki, ölkədə hər hansı bir siyasi qarşıdurma olmadan, sabitlik pozulmadan demokratiyanı inkişaf etdirsin və bunun nəticəsində hüquqi bir cəmiyyət qurulsun: "Mitinq, yürüş, piket keçirmək hər bir siyasi qüvvənin konsesion hüququdur. Əgər onlar da bundan yararlanmaq istəyirlərsə, etsinlər. Təbii ki, bütün bunlar qanun çərçivəsində olmalıdır. Müxalifət bu məsələni siyasiləşdirsə belə inanmıram ki, onlar buradan hər hansı bir divident götürə bilsinlər. Burada Yeni Azərbaycan Partiyasının (YAP), dövlət rəsmilərinin verdiyi açıqlamalar ortadadır. Düşünürəm ki, bu məsələnin radikal qüvvələr tərəfindən siyasiləşdirilməsi müxalifətə heç bir uğur gətirməyəcək".

"Xalq cəbhəsi" qəzetinin baş redaktoru Elçin Mirzəbəyli isə hesab edir ki, Gülər Əhmədova ilə bağlı məsələ hər kəsi ciddi narahat edib: " Azərbaycanın dövlət strukturları bu məsələ ilə bağlı sərt mövqelərini artıq ortaya qoyublar. Lakin ortada bir cinayət faktı var. Hesab edirəm ki, bu məsələ hüquqi müstəvidə öz həllini tapmalıdır. Burada siyasi motiv yoxdur. İstənilən situasiyada siyasi motiv axtarmaq olar lakin bu zaman məsələyə hüquqi münasibət bildirilməsi ikinci plana keçəcək. Bu gün aksiya keçirməyi planlaşdıran müxalifət düşərgəsinin nümayəndələrinin fəaliyyətlərində də kifayət qədər hüquqi akspektlər tapmaq mümkündür. Onların yaxın adamlarından biri cinayət törətdikdə belə, onlar həmin hadisəyə siyasi don geyindirməyə çalışırlar".

Baş redaktor bildirdi ki, həmin o qüvvələr Azərbaycanda oğruları cinayətkarları, narkotik qaçaqmalçılığında iştirak edənləri və s... mütəmadi olaraq öz siyahılarına salırlar: "Beləcə, guya onların siyasi məhbus olduğunu vurğulamağa çalışırlar. Əslində bu baş verən hadisənin özündə siyasi motiv yoxdur. Bu baxımdan keçiriləcək mitinq sadəcə mövcud situasiyadan yararlanmaq cəhdi kimi qəbul olunmalıdır. Bu aksiyanın ciddi prespektivli nəticə verəcəyinə ümid etmirəm".

Bütün xəbərlər Facebook səhifəmizdə