Estoniyanın keçmiş prezidenti Bakıdadır

Estoniyanın keçmiş prezidenti Bakıdadır

Azərbaycan prezidenti ilə görüşdə Bakı Beynəlxalq Humanitar Forumuna marağın ildən-ilə artdığı vurğulanıb

Azərbaycan prezidenti İlham Əliyev Estoniyanın keçmiş prezidenti Arnold Rüüteli qəbul edib. Görüşdə Bakı Beynəlxalq Humanitar Forumuna marağın ildən-ilə artdığı vurğulanıb, müzakirə olunacaq mövzuların əhəmiyyəti qeyd edilib, qarşıda duran məsələlərin həlli ilə bağlı ümumi meyarların işlənib hazırlanması baxımından Forumun vacibliyi bildirilib.

Forumda müxtəlif mədəniyyətlərin və sivilizasiyaların nümayəndələrinin iştirakının önəmi qeyd olunub.

Görüşdə, həmçinin Azərbaycan ilə Estoniya arasında ikitərəfli münasibətlərin inkişafının razılıq doğurduğu bildirilib, əlaqələrimizin daha da genişlənəcəyinə əminlik ifadə olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə