"Bu açıq-aşkar siyasi mübarizədir..."

"Gülər Əhmədova barəsində yayılan vidomateriallardan müxalifət nümayəndələri yeterincə yararlanmağa çalışıb". Bunu SİA-ya Millət vəkili, siyasi şərhçi Rasim Musabəyov bildirib.

Onun sözlərinə görə, hər bir müxalifət nümayəndəsi bunu siyasiləşdirmək üçün cəhdlər edəcək: "Bu açıq-aşkar siyasi mübarizədir. Belə olan təqdirdə sual ortaya çıxır. Bəs, müxalifət bundan da istifadə etməyəndən sonra nədən istifadə edəcək? Hesab edirəm ki, bu cür hadislərə normal yanaşılmalıdır. Bu məsələ ədalətli, qanun çərçivəsində həll olunmalıdır. İctimaiyyətə xoş olmayan faktlar artıq ortadadır. Gülər Əhmədova öz deputatlığından imtina edib və sonrakı proses istintaq tərəfindən araşdırılaraq, haqq-ədalət çərçivəsində üzə çıxacaq".

Bütün xəbərlər Facebook səhifəmizdə