Azərbaycan prezidenti İlham Əliyev sentyabrın 13-də Niderland Krallığının baş nazirinin müavini və iqtisadi işlər, kənd təsərrüfatı və innovasiya naziri Maksim Verhagenin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. SİA-nın məlumatına görə, Niderland Krallığının Bakıda səfirliyinin fəaliyyətə başlamasından sonra ikitərəfli əlaqələrin inkişafında irəliləyişlərin olduğunu vurğulayan M.Verhagen bu əlaqələrin gələcək illərdə daha da genişlənəcəyinə ümidvar olduğunu bildirib.
O, Azərbaycana səfərinin qarşılıqlı əlaqələrin möhkəmləndirilməsi işinə xidmət edəcəyinə əminliyini bildirib. Prezident İlham Əliyev Azərbaycanla Niderland arasında ikitərəfli əlaqələrin müxtəlif istiqamətlərdə, o cümlədən siyasi, iqtisadi, nəqliyyat və digər sahələrdə inkişafının razılıq doğurduğunu vurğulayıb. Dövlət başçısı əlaqələrin genişləndirilməsi üçün qarşılıqlı marağın mövcud olduğunu qeyd edib. İkitərəfli münasibətlərin genişləndirilməsində müxtəlif səviyyəli səfərlərin önəmini diqqətə çatdıran Azərbaycan prezidenti ölkələr arasında möhkəm tərəfdaşlıq əlaqələrinin qurulması üçün yaxşı imkanların olduğunu deyib. Görüşdə Niderland şirkətlərinin Azərbaycanda geniş və uğurlu fəaliyyəti vurğulanıb, neft-qaz sektoru, daşımalar, nəqliyyat, infrastruktur, sərmayə qoyuluşu və digər sahələrdə əməkdaşlığın perspektivləri müzakirə edilib, Dağlıq Qarabağ münaqişəsinin nizama salınması ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB