Qətər əmiri Həməd bin Xəlifə əl-Tani Azərbaycan-Qətər münasibətlərinin inkişafına verdiyi töhfə ilə əlaqədar Azərbaycan səfiri Eldar Səlimovu "Fərqlənmə" ordeni ilə təltif edib. SİA trend-ə istinadən xəbər verir ki, bu gün Qətərdə diplomatik fəaliyyətini tamamlayan səfiri qəbul edərək ona ordeni təqdim edib.
"Fərqlənmə" ordeni Qətərin ali ordenidir. Orden siyasətçilərə və xarici diplomatlara verilir.
Görüşdə Həməd bin Xəlifə əl-Tani ikitərəfli münasibətlərin yüksək səviyyədə olduğunu qeyd edib. O ümidvar olduğunu bildirib ki, gələcəkdə bu münasibətlər daha da inkişaf edəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB