"İranda olan Kanada səfirliyinin əməkdaşları dərhal İranan xaric edilməlidirlər". SİA-nın İran mətbuatına istinadən verdiyi məlumatına görə, belə bir bəyanatı İran parlamentinin milli təhlükəsizlik və xarici siyasət komissiyasının sədri Əlaəddin Burucerdi verib.
Onun sözlərinə görə, Kanadanın addımına son dərəcə sərt şəkildə cavab verilməlidir: "Kanada Böyük Britaniyanın nəzarəti altındadır. Böyük Britaniya kraliçası bu ölkəyə səlahiyyətli şəxs təyin edir və əhəmiyyətli qərarlar da onunla razılaşdırılaraq verilir. Buna əsasən də, Kanadanın Böyük Britaniyanın İrandakı səfirliyinin bağlanılmasından narahat olub. Bu vəziyyətə İran Xarici İşlər Nazirliyi də səssiz qalmamalı, ölkənin milli mənafeyini nəzərə alaraq Kanadanın bu addımına reaksiya verməli və ilk addım olaraq bu ölkənin Tehrandakı səfirliyinin əməkdaşlarını bir an əvvəl ölkədən kənarlaşdırmalıdır".
Qeyd edək ki, sentyabrın 7-də Kanada İranla diplomatik münasibətlərini dondurduğunu açıqlayıb. Bunun üçün Kanada ilkin addım olaraq İrandakı səfirliyini bağlayıb və bütün iranlı diplomatlara Ottavanı tərk etmələri üçün 5 gün vaxt verib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB