Daha bir neçə ölkədə hərbi attaşemiz olacaq

Daha bir neçə ölkədə hərbi attaşemiz olacaq

Azərbaycanın Ukrayna, Türkiyə, ABŞ və Pakistandakı hərbi attaşeləri dəyişdirilib. Azərbaycanın ABŞ-dakı hərbi attaşesi, polkovnik Eldar İsmayılov Fransada, Pakistandakı hərbi attaşesi, polkovnik Daşdəmir Məmmədov Ukraynada, Ukraynadakı hərbi attaşesi, polkovnik Tofiq Qasımov Türkiyədə, Silahlı Qüvvələrin zabiti, polkovnik-leytenant Ağaverdi Quliyev ABŞ-da, polkovnik-leytenant Mehman Novruzov isə Pakistanda hərbi attaşe təyin ediliblər.

Qeyd edək ki, Azərbaycanın Fransadakı səfirliyi yanında hərbi attaşelik aparatı 2011-ci ilin may ayında yaradılıb. Polkovnik Eldar İsmayılov Azərbaycanın bu ölkədəki ilk hərbi attaşesi olub.

Bütün xəbərlər Facebook səhifəmizdə