Məkkədə Dağlıq Qarabağ qətnaməsi

Məkkədə Dağlıq Qarabağ qətnaməsi

Avqustun 14-15-də Səudiyyə Ərəbistanı Krallığının Məkkə şəhərində İslam Zirvə Toplantısının Dördüncü Fövqəladə Sessiyası keçirilib.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən verilən xəbərə görə, sessiyada dünya müsəlmanlarının narahatçılığına səbəb olan məsələlər müzakirə olunub, Suriya, Fələstin, Mali və Myanmadakı vəziyyətlə bağlı müvafiq qətnamələr qəbul edilib. Zirvə Toplantısının sonunda müzakirə olunmuş məsələlərlə bağlı İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələrin mövqeyini əks etdirən Yekun Bəyannamə qəbul olunub.

Qəbul olunan bəyannamədə İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələr Ermənistanın Azərbaycana qarşı təcavüzünü pisləmiş və Ermənistanı silahlı qüvvələrinin işğal olunmuş Azərbaycan ərazilərindən çıxarılmasına çağırıblar.

Bütün xəbərlər Facebook səhifəmizdə