Davudoğlu müxalifətlə görüşüb

Davudoğlu müxalifətlə görüşüb

Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu İraqa səfəri çərçivəsində Suriya müxalifətinin nümayəndələri ilə də görüşüb. Suriya Milli Şurasının və Suriya Kürdlərinin Milli Şurasının nümayəndələri ilə görüş də Şimali İraq kürdlərinin lideri Məsud Bərzani ilə görüşün keçirildiyi Ərbil şəhərində, Bərzaninin iqamətgahında baş tutub. Əhməd Davudoğlu suriyalı nümayəndələrlə Suriyada baş verənlər, Suriya-Türkiyə sərhədindəki gərginliyi müzakirə edib.

Bu arada, Suriya rəhbərliyi BMT və Ərəb Ölkələri Liqasının xüsusi səfiri Kofi Annanın öz postundan getməsinə təəssüfləndiyini bəyan edib. Qeyd edək ki, mandatı avqustun 31-də bitən Kofi Annan Suriyada sülh planının müəllifidir və özü bu planın uğursuzluğunu etiraf edib. Sülh planını həm Suriya hökuməti, həm də müxalifət qəbul etsə də, plana əməl olunmaması dünya ictimaiyyətinin narahatlığını artırıb.

Bütün xəbərlər Facebook səhifəmizdə