\"Yeni Azərbaycan Partiyası Azərbaycan xalqının da marağına uyğun olaraq növbəti 5 il üçün İlham Əliyevin prezidentliyə namizədliyini dəstəkləyəcək\". SİA-nın məlumatına görə, bunu hakim partiyanın sədr müavini-icra katibi, millət vəkili Əli Əhmədov jurnalistlərə açıqlamasında deyib. YAP funksioneri qeyd edib ki, partiya namizədini ictimaiyyətə təqdim etmək üçün prezident seçkiləri ərəfəsində qurultay keçirəcək. Əli Əhmədovun sözlərinə görə, bu tək YAP-ın qərarı deyil: "Azərbaycanın inkişafına, iqtisadi potensialına əvəzsiz xidmətlər göstərmiş, Azərbaycanı regionda böyük dövlətə çevirmiş siyasi liderin namizədliyini insanlar həm də ona görə dəstəkləyirlər ki, Azərbaycanda ötən dövrlərdə olduğu kimi böyük inkişaf davam etsin. Bu hər bir Azərbaycan vətəndaşının marağına uyğundur, bunu hər bir vətəndaş istəyir".
Bundan başqa Əli Əhmədov müxalifət partiyaları ilə dialoqun qurulması məsələsinə də aydınlıq gətirib. Onun sözlərinə görə, siyasi müxalifətlə dialoq mütəmadi olaraq davam edir: "Mətbuat vasitəsi ilə müxtəlif siyasi partiyalar fikirlərini cəmiyyətə çatdırırlar. Bu özü dialoqun bir formasıdır. Konkret məsələlərə dair isə əgər ehtiyac yaranarsa, biz dəfələrlə öz mövqeyimizi ortaya qoymuşuq. Bununla belə ölkənin istənilən siyasi təşkilatı ilə dialoqa girməyə hazırıq".
Vüqar Əliyev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB