Rusiya Dəniz Flotiliyasının xilasetmə gəmiləri bu gün dəniz qəzalarının nəticələrinin aradan qaldırılmasına dair "Kaspi-2012" beynəlxalq təlimlərinə başlayıb. Bu barədə jurnalistlərə Cənub Hərbi Dairəsinin mətbuat xidmətinin nümayəndəsi bildirib.
O deyib: "Xəzər flotiliyasının üç xilasetmə gəmisi və 100-ə yaxın adam Həştərxan limanının xilasetmə-əlaqələndirmə mərkəzinin rəhbərliyi altında iyulun 11-12-də Xəzərin şimal hissəsində keçirilən beynəlxalq kompleks təlimlərdə iştirak edirlər".
Təlimlərdə Xəzər flotiliyası komandanlığı ilə Rusiya və Qazaxıstan xilasetmə xidmətlərinin nümayəndələri arasında qarşılıqlı fəaliyyət məşq edilib. Tədbirdə Azərbaycan, Türkmənistan və İran nümayəndələri müşahidəçi kimi iştirak edirlər.
Təlimlər zamanı Rusiya hərbi xilasediciləri yanğın baş vermiş tankerin heyətinə yardım göstərilməsinə, qəzaya uğramış gəminin sərnişinlərinin axtarılmasına dair birgə təlimlərdə də iştirak edəcəklər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB