Bu gün ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq Azərbaycan Respublikasının Ağdam-Bərdə yolundakı təmas xəttində monitorinq keçirilir.
SİA-nın Qarabağ bürosunun verdiyi məlumata görə, saat 11:00 radələrində həmsədrlər helikopterlə Bərdəyə gəliblər. Bərdədən birbaşa təmas xəttinə gediblər. Onlar Ağdam rayonunun dördyol adlanan ərazisindən təmas xəttini keçiblər.
Rusiyalı həmsədr İqor Popov Azərbaycanda keçirdikləri görüşlər haqqında jurnalistlərə məlumat verib. O, Xankəndidə separatçı rejimin rəhbərliyi ilə, daha sonra isə İrəvanda görüşlər keçirəcəklərini bildirib. Monitorinq hazırda davam edir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB