Milli Məclis bir sıra qanunlarda dəyişiklik edib

Milli Məclis bir sıra qanunlarda dəyişiklik edib

Bu gün Milli Məclisin növbədənkənar sessiyasının növbəti iclası keçirilir. SİA-nın verdiyi xəbərə görə, iclasda ilk növbədə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsi hakiminin, Bakı, Gəncə, Sumqayıt, Şirvan, Şəki apelyasiya məhkəmələri hakimlərinin təyin edilməsi haqqında məsələ müzakirə olunur. Sonra "Azərbaycan Respublikası Milli Məclisinin parlamentlərarası əlaqələr üzrə işçi qruplarının rəhbərlərinin seçilməsi haqqında" Milli Məclisin Qərarına dəyişiklik və əlavə edilib, Şəhərsalma və Tikinti Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında qanun müzakirə edilib.

Milli Məclis bir sıra beynəlxalq sənədlərə də münasibət bildirib. Belə ki, bunların sırasında Azərbaycan prezidenti İlham Əliyevin və Qırğızıstan prezidenti Almazbek Atambayevin Birgə Bəyanatının təsdiq edilməsi barədə, eləcə də Azərbaycan və Qırğızıstan Respublikası hökumətləri arasında vergi qanunvericiliyinə əməl edilməsi məsələləri üzrə əməkdaşlıq və qarşılıqlı yardım haqqında, mülki müdafiə (mühafizə), fövqəladə halların xəbərdar edilməsi və aradan qaldırılması sahəsində əməkdaşlıq haqqında, Azərbaycan və Bolqarıstan hökumətləri arasında cinayətkarlıqla mübarizə sahəsində əməkdaşlıq haqqında, fövqəladə hallar sahəsində əməkdaşlıq haqqında Saziş layihələri, "Ozon qatını dağıdan maddələr haqqında Monreal Protokolu"na 1999-cu il 3 dekabr tarixli Pekin Düzəlişi"nin təsdiq edilməsi haqqında", "Beynəlxalq Antikorrupsiya Akademiyasının beynəlxalq təşkilat qismində təsis edilməsi haqqında", "Azərbaycan Respublikası Hökuməti və Hindistan Respublikası Hökuməti arasında hava əlaqəsi haqqında", "Azərbaycan Respublikası Hökuməti və Makedoniya Respublikası Hökuməti arasında gömrük işi sahəsində əməkdaşlıq və qarşılıqlı yardım haqqında", "Azərbaycan Respublikası Hökuməti və Ukrayna Nazirlər Kabineti arasında hökumət rabitəsi sahəsində əməkdaşlıq haqqında" Sazişdə dəyişiklik edilməsi barədə, "Azərbaycan Respublikası Hökuməti və Ukrayna Nazirlər Kabineti arasında Protokolun təsdiq edilməsi haqqında" beynəlxalq sənədlər var.


Bununla yanaşı iclasda "Ədliyyə sahəsində fərqlənməyə görə" Azərbaycan Respublikası medalının təsis edilməsi ilə əlaqədar "Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə", İnzibati Xətalar, Vergi, Cinayət və Cinayət-Prosessual məcəllələrində, "Daşınmaz əmlakın dövlət reyestri haqqında", "Mülki dövriyyədə olmasına yol verilməyən (mülki dövriyyədən çıxarılmış) əşyaların siyahısı haqqında", "Yol hərəkəti haqqında", "İctimai Televiziya və Radio yayımı haqqında", "Həmkarlar İttifaqları haqqında", "Bələdiyyələrin əraziləri və torpaqları haqqında", "İstehlakçıların hüquqlarının müdafiəsi haqqında" qanunlara dəyişikliklər olub.

Bütün xəbərlər Facebook səhifəmizdə