Portuqaliya XİN: “Dağlıq Qarabağ münaqişəsi diplomatik yolla həll edilməlidir” - MÖVQE
\"Portuqaliya Dağlıq Qarabağ münaqişəsinin diplomatik yolla həllinə inanır\". SİA-nın xəbərinə görə, bunu Portuqaliyanın xarici işlər naziri Paulo Portas Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovla birgə keçirdiyi brifinqdə deyib.
Onun sözlərinə görə, diplomatların başlıca vəzifəsi çətin məsələləri müvafiq yollarla həll etməkdir: "Ona görə də Dağlıq Qarabağ münaqişəsi diplomatik qaydada həll edilməlidir. Bundan əlavə, ATƏT-in Minsk qrupunun Qarabağ münaqişəsinin həlli ilə bağlı apardığı proses fəallaşdırılmalıdır. Avropa İttifaqı çərçivəsində Portuqaliya məsələnin həllinə müsbət töhfələr verə biləcək ölkə olacaq. Ölkəmizin həm Avropa İttifaqı, həm də NATO-nun üzvü kimi münaqişələrin həllində çox böyük təcrübəsi var. Biz münaqişənin həllinə kömək edə bilərik".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB