Əli Həsənov: \"Rusiya-Azərbaycan əlaqələri hər iki xalqın maraqlarına cavab verir\"

"Bakıda keçirilən Rusiya-Azərbaycan III Regionlararası Forumun məqsədi iki ölkə arasında formalaşmış strateji tərəfdaşlıq münasibətlərinin regional aspektlərini müzakirə etmək və bu sahədə mövcud vəziyyəti dəyərləndirmək, gələcək prioritet istiqamətləri müəyyən etməkdir". SİA-nın məlumatına görə, bunu Azərbaycan Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov deyib.

Rusiyanın Azərbaycan üçün strateji tərəfdaş ölkə olduğunu vurğulayan PA rəsmisi deyib ki, Rusiya postsovet məkanının ən böyük ölkəsidir və Azərbaycanın bu ölkə ilə münasibətlərinin mühüm əhəmiyyəti var: \"Rusiya ilə Azərbaycan arasındakı əlaqələr həm rus, həm də Azərbaycan xalqının maraqlarına cavab verir. Bu kurs iki ölkənin prezidentləri – İlham Əliyev və Vladimir Putin tərəfindən müəyyən olunub, strateji tərəfdaşlıq istiqamətində davam etdirilir və bundan sonra da davam etdiriləcək".

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...