Bakıda İnternet İdarəçilik Forumu keçiriləcək

Bakının ev sahibliyi edəcəyi İnternet İdarəçilik Forumu (Internet Governance Forum - IGF) cari ilin noyabrında keçiriləcək. Rabitə və İnformasiya Texnologiyaları Nazirliyindən SİA-ya verilən məlumata görə, forumda Dünya İnformasiya Cəmiyyəti üzrə sammitdə internet idarəçiliyi ilə əlaqədar BMT çərçivəsində yaradılacaq mexanizmin, idarəçiliyin təmin edilməsi məsələlərindən bəhs ediləcək, yaranan problemlərin qarşısının alınması ilə bağlı təkliflər irəli sürüləcək. İGF qlobal internet şəbəkəsinin dayanıqlı inkişafı və təhlükəsizliyinin təmin olunması funksiyasını yerinə yetirir və gələcəkdə internetin beynəlxalq idarə edilməsi prinsiplərini formalaşdırır.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...