Millət vəkili Qənirə Paşayeva Belçika Türk Federasiyasını ziyarət edib

Belçikada səfərdə olan millət vəkili, Azərbaycan-Belçika Parlamentlərarası Dostluq qrupunun üzvü Qənirə Paşayeva Belçika Türk Federasiyasının rəhbəri Ömər Zararsız və təşkilatın üzvləri ilə görüşüb. SİA-nın verdiyi məlumata görə, görüşdə millət vəkili Qənirə Paşayeva bildirib ki, dünyanın hər yerində, o cümlədən Belçikada yaşayan azərbaycanlılar və bütün Türk əsilli insanlarımız Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında törətdiyi vandalizm aktlarını, soyqırımları, Azərbaycan həqiqətlərini yaşadıqları ölkələrin ictimaiyyətinə və beynəlxalq ictimaiyyətə daha geniş çatdırılması və qondarma "erməni soyqırımı" yalanlarının qarşısının alınması istiqamətində səylərini daha da artırmalıdırlar.


Belçikada təxminən 5 mindən çox azərbaycanlının və 170 mindən çox Türk kökənli insanların yaşadığını vurğulayan millət vəkili bunun çox böyük bir güc olduğunu və səsimizin Belçika ictimaiyyətinə daha geniş çatdıra bilməyimiz üçün böyük bir potensial olduğunu və səylərin birləşdirilməsinin və gücləndirilməsinin vacibliyini bildirib.


Millət vəkili Belçikada və Avropada fəaliyyət göstərən Azərbaycan və türk diaspor təşkilatlarının koordinasiya olunmuş şəkildə bir-birlərinə sıx dəstək vermələrinin və Türk dünyasını narahat edən bütün problemlərin həllinə dəstək göstərmək üçün bərabər çalışmalarının daha da artırılmasının vacibliyini də diqqətə çatdırıb.


Millət vəkili onlara Avropa parlamentində keçirilən görüşlər və Daglıq Qarabağ münaqişəsi ilə bağlı qurumun mövqeyi, münasibəti ilə bağlı da onlara ətraflı məlumatlar verib və geniş müzakirələr aparılıb.


Belçika Türk Federasiyasının rəhbəri Ömər Zararsız Belçikada fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatları ilə birlikdə Azərbaycan həqiqətlərinin yayılması, Azərbaycan mədəniyyətinin Belçika cəmiyyətinə daha geniş çatdırılması və təbliği istiqamətində səylərini bundan sonra daha da artıracaqlarını bildiriblər. Onlar millət vəkili ilə görüşdə bu istiqamətdə həyata keçirməyi planlaşdırdıqları layihələr barədə məlumatlar verib, təkliflərini səsləndiriblər və onların həyata keçirilməsi istiqamətində fikir mübadiləsi aparıblar.


\"\"

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...