Prezident Ilham Əliyevin sədrliyi ilə konfrans başlayıb - FOTOLAR

Bu gün prezidenti İlham Əliyevin sədrliyi ilə "2011-2013-cü illərdə Bakı şəhəri və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı"nın icrasının birinci ilinin yekunlarına həsr olunmuş konfrans işə başlayıb.

Dövlət başçısı əvvəlcə Dövlət Proqramının birinci ili çərçivəsində Bakı şəhərində və ətraf qəsəbələrdə həyata keçirilən yenidənqurma tədbirlərini əks etdirən fotostendlərlə tanış olub.

Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov Dövlət Proqramının birinci ili çərçivəsində görülən işlər və nəzərdə tutulan layihələr barədə prezident İlham Əliyevə məlumat verib.

Dövlət başçısı konfransda çıxış edib.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...