Mübariz Əhmədoğlu: \"Riçard Morninqstar Qərbin arzuladığı enerji layihələrini həyata keçirəcək\" - MÜNASİBƏT
Riçard Morninstarın Azərbaycana səfir təyin olunmasının Xəzərin enerji resurslarının qərb çıxarılmasına çox böyük təsiri olacaq. Bu fikiri Siyasi İnnovasiyalar və Texnologiyalar Mərkəzinin rəhbəri Mübariz Əhmədoğlu səsləndirib. Politoloq qeyd edib ki, Riçard Morninqstarın təyinatının 3 parametri var: "Birincisi, son 3-4 ildə ABŞ-ın Azərbaycana səfir təyinatı ilə bağlı ermənilərin apardığı tədbirlər ifalsa uğradı. İkincisi, Riçard Morninqstar enerji məsələləri üzrə çox mühüm mütəxəssisdir. O, Azərbaycanın enerji resurslarının qərb çıxarılması layihəsini hazırlayanlardan biridir. Qeyd edək ki, amerikalı diplomat Avropa strukrutlarını çox gözəl tanıyır və bundan sonra Azərbaycan və Avropa strukturları arasında problemlərin aradan qaldırılmasında mühüm rol oynayacaq. Dağlıq Qarabağ məsələsinə gəldikdə isə, digər amerikalı diplomatlar da bu münaqişə ilə tanış deyildilər, amma ABŞ-ın dövlət siyasətini həyata keçirdilər".
Mübariz Əhmədoğlunun fikrincə, Riçard Morninqstarın səfirliyi dövründə ABŞ-ın Dağlıq Qarabağla bağlı münasibətində müsbət və mənfi yöndə dəyişiklik olmayacaq: "Ümumi vəziyyət əvvəlkindən bir qədər fərqlənəcək. Daha müfəssəl dedikdə Morninqstar Azərbaycan, ABŞ və Avropanın iqtisadi maraqlarını birgə həyata keçirəcək".
Politoloq qeyd edib ki, bu diplomat Azərbaycanın enerji resurslarının qərbə ixrac edilməsinin qarşısını alan qüvvələri ifşa edəcək potensiala malikdir. Son günlər Azərbaycan və Türkmənistan arasında baş verən qalmaqala gəldikdə isə Mübariz Əhmədoğlu bildirib ki, ABŞ-ın yeni təyin olunan səfiri ümumi olaraq regionda vəziyyəti müsbət yöndə dəyişəcək.
Onun sözlərinə görə, Ermənistandakı ermənilərlə Amerikadakı ermənilər şərikli şəkildə işləyirlər: "Onlar Azərbaycanın beynəlxalq əlaqələrinə problem yaradan işlər görür. Ermənistanın baş naziri Tiqran Sarksiyanın Türkmənistana səfərini təsadüfi deyil. Ermənilər həm Qafqazda, həm də MDB məkanında qarşıdurma yaratmağa çalışırlar. Ermənistan Türkmənistanı təxribata çəkdi. Rəsmi Aşqabad bu təxribata uyaraq elə bir addım atdı ki, Xəzərin enerji resurslarının qərbə çıxmasına problem yaratdı". Politoloqun fikrincə, Riçard Morninqstar Xəzər hövzəsi dövlətləri arasındakı bu problemi aradan qaldıracaq.
Vüqar Əliyev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB