Daxili işlər naziri: \"Azərbaycanda kriminogen durum tam nəzarət altındadır\" - MÖVQE

Daxili işlər naziri: \"Azərbaycanda kriminogen durum tam nəzarət altındadır\" - MÖVQE
Bakı sakinləri avtomobillərdə yüksək tonlu, çox avazlı səs siqnallarının istifadəsi ilə bağlı Daxili İşlər Nazirliyinə müraciət edib. SİA-nın xəbərinə görə, bunu daxili işlər naziri Ramil Usubov bildirib.

Nazirin sözlərinə görə, Bakı şəhərində avtomobillərdən yüksək səs siqnallarının yığışdırılması istiqamətində tədbirlər görülür: \"Vətəndaşlar tərəfindən bir neçə halda bununla bağlı nazirliyə müraciətlər olub. Bunu nəzərə alaraq tədbirlər görürük. Bundan sonra da müvafiq tədbirlər görəcəyik ki, səsgücləndirici aparatlardan az istifadə olunsun. Əlbəttə burada vətəndaşların da üzərinə müəyyən məsuliyyətlər düşür. Avtomaşınları idarə edərkən yüksək səsli siqnalların verilməsi yolverilməzdir. Onlar özləri də bunu nəzərə almalıdırlar\".

Azərbaycanda kriminogen durumun tam nəzarət altında olduğunu vurğulayan R.Usubov deyib ki, hazırda Azərbaycan kriminogen durumun sabitliyinə görə nəinki MDB, hətta qərb ölkələri arasında da seçilir.

Bütün xəbərlər Facebook səhifəmizdə