ATƏT Azərbaycanda prezident seçkilərini izləməyə dəvət olunub

ATƏT Azərbaycanda prezident seçkilərini izləməyə dəvət olunub

Azərbaycan 2013-cü ildə keçiriləcək prezident seçkilərinə ATƏT-i müşahidəçi qismində dəvət edib. SİA-nın məlumatına görə, Milli Məclisin vitse-spikeri Bahar Muradova bu gün ATƏT-in fəaliyyətdə olan sədri Eamon Gilmorla parlamentdə keçirilən görüş zamanı dəvəti səsləndirib.

Görüşdə Gilmor da 2013-cü ildə keçiriləcək prezident seçkilərində iştirak üçün dəvət gözlədiklərini bildirib. ATƏT sədri növbəti prezident seçkilərində də ötən illərdəki seçkilərdə əldə olunan nailiyyətlərin təkrarlanmasına ümidvar olduğunu bildirib.

Vitse-spiker Bahar Muradova isə bildirib ki, ATƏT kimi digər bütün beynəlxalq təşkilatlar da seçkiləri izləmək üçün dəvət olunacaq: "Seçki monitorinqi arasındakı fərqlər hər zaman Azərbaycanı da narahat edir və vahid seçki monitorinqinin formalaşması üçün ciddi işlər görülməlidir",- deyə -Bahar Muradova deyib.


Bütün xəbərlər Facebook səhifəmizdə