BMT və ATƏT-in söz və mətbuat azadlığı üzrə nümayəndələri Azərbaycana gələcək

ATƏT-in söz və mətbuat azadlığı üzrə nümayəndəsi Dunya Miyatoviçin Azərbaycana səfəri planlaşıdırılır. SİA-nın əldə etdiyi xəbərə görə, səfər cari ilin noyabr ayında baş tutacaq. Səfər çərçivəsində D. Miyatoviç rəsmi şəxslər və vətəndaş cəmiyyətinin təmsilçiləri ilə görüşlər keçirəcək.

Eyni zamanda BMT-nin ifadə və informasiya azadlığı üzrə xüsusi məruzəçisi Frank La Ruadanın da Azərbaycana səfəri gözlənilir. Səfər cari ilin noyabr ayına nəzərdə tutulub.

Bütün xəbərlər Facebook səhifəmizdə