Səfər Əbiyev Türkiyə Quru Qoşunları komandanını qəbul edib

Səfər Əbiyev Türkiyə Quru Qoşunları komandanını qəbul edib

Azərbaycanda səfərdə olan Türkiyə Quru Qoşunları komandanı ordu generalı Hayrı Kıvrıkoğlu ölkəmizin müdafiə naziri, general-polkovnik Səfər Əbiyevlə görüşüb. Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, görüşdə ölkələrarası hərbi əməkdaşlıq məsələlərinin daha da inkişafı məsələləri ətrafında fikir mübadiləsi aparılıb.


Hərbi təhsil sistemində əlaqələrin yeni mərhələyə çatdırılması məsələsi də görüşün əsas mövzularından olub. Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Hulisi Kılıçın da qatıldığı söhbət zamanı regionda hərbi vəziyyət və Dağlıq Qarabağ münaqişəsinin yaratdığı problemlərdən geniş bəhs olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə