Müxalifət Dövlət Dumasına hücum etdi

Müxalifət Dövlət Dumasına hücum etdi

Rusiya Dövlət Dumasında mitinqllərin keçirilməsilə bağlı sərt qərarlar qəbul edildikdən sonra parlamentin binasına hücum edilib. "İnterfaks" agentliyi xəbər verir ki, polis 71 nəfəri saxlayıb.


Həbs edilənlər arasında Yabloko Partiyasının sədri Sergey Mitroxin və Solidarnosti Partiyasının liderlərindən olan Sergry Davidis də var.


Məlumata görə, 56 nəfər barəsində mitinq və piketlərlə bağlı qanun pozuntuları maddəsilə protokol tərtib edilib. Daha bir nəfər isə polisə tabə olmadığına görə həbs olunub. Digər saxlanılanlar profilaktik söhbətdən sonra azadlığa buraxılıblar.

Bütün xəbərlər Facebook səhifəmizdə