İslam Əməkdaşlıq Təşkilatının baş katibi Ekmələddin İhsanoğlu Bakıdadır
Azərbaycan Prezidenti İlham Əliyev bu gün İslam Əməkdaşlıq Təşkilatının baş katibi Ekmələddin İhsanoğlunu qəbul edib. Baş katib Ekmələddin İhsanoğlu ölkəmizdə "Eurovision-2012" mahnı müsabiqəsinin yüksək səviyyədə təşkili və keçirilməsi münasibətilə Prezident İlham Əliyevi təbrik edib.
İslam Əməkdaşlıq Təşkilatının Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ədalətli həllinə daim dəstək verdiyini vurğulayan Ekmələddin İhsanoğlu bu dəstəyin bundan sonra da davam etdiriləcəyini deyib.
Görüşdə Azərbaycan ilə İslam Əməkdaşlıq Təşkilatı arasında əməkdaşlığın uğurlu inkişafından məmnunluq ifadə edildi, bu əlaqələrin perspektivləri ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB