Dünyanın aparıcı mətbuatı Azərbaycan haqqında nə yazır?

Dünyanın aparıcı mətbuatı Azərbaycan haqqında nə yazır?

Azərbaycanın reallıqları dünyanın aparıcı kütləvi informasiya vasitələrində geniş işıqlandırılıb.


"The Washington Times" (ABŞ): Azərbaycan yüksəlişdədir və qlamur şəfəqlərinə bürünmüşdür

Nəşr yazır: "Axşamlar Bakının dəniz sahilində Avropa rəqs musiqisi səslənir və insanlar ailəlikcə gəzişirlər. Konsertlər açıq səma altında keçirilir. Şişə çəkilmiş kabab təklif edən restoranlar dəstə-dəstə gələn yerli sakinlərə və əcnəbilərə xidmət edirlər.

Bu keçmiş sovet respublikası xoşagəlməz sənaye imicindən qurtularaq, Köhnə dünyanın İstanbul cazibəsini və Dubayın təşəxxüslü memarlıq nailiyyətlərini özündə birləşdirən işgüzar həyatın coşqun mərkəzinə çevrilmişdir. İndi isə o, öz dəyişikliklərinin nəticələrini nümayiş etdirmək üçün ideal səhnə əldə etmişdir. Belə ki, Bakıda "Eurovision" mahnı müsabiqəsi keçirilir.

Bu misilsiz tamaşaya dünyanın hər yerindən 125 milyon insan baxır. "Eurovision"un 57-ci ilidir və müsabiqə 42 ölkənin populyar və plastik ifaçılarının epik mübarizəsi meydanına çevrilmişdir. Musiqi baxımından bu, qlobal miqyaslı həqiqi masqaradır (lakin bunun öz ləzzəti vardır), amma şouya ev sahibliyi edən ölkələrə özünü göstərmək və reklam etmək üçün əvəzsiz imkan verir.


"The Inderpendent" (Böyük Britaniya): Azərbaycanın "Eurovision" mahnı müsabiqəsini qəbul etdiyi bu ölkədə çox nəzərə çarpır

Azərbaycanın "Eurovision" müasbiqəsinin keçirilməsinə tam hazır olduğunu qeyd edən məqalə müəllifi yazır: "Bakı aeroportu başdan-başa reklam yarışına çevrilmişdir. Eyni sözləri Azərbaycanda hər bir avtobusa və ya taksiyə, habelə bir çox binalara şamil etmək olar. Məxsusi olaraq müsabiqə üçün inşa edilmiş, alışıb yanan 25 min yerlik konsert salonunun inşası vaxtında başa çatmışdır və onu çəxsən Prezident özü açmışdır. Az qala hər gün axşam xəbərləri hadisələr haqqında qürurverici süjetlərsiz ötüşmür".

Nəşr yazır: "Eurovision"a karnaval və tam ciddi qəbul edilıməyəcək dəb kimi yüngül münasibət bəsləmək əsla Azərbaycana görə deyildir. Burada müsabiqə son dərəcə ciddi işdir, Sovet İttifaqından müstəqilliyini əldə etdikdən sonra keçən 20 il ərzində bu kiçik, lakin neftlə zəngin ölkənin başçılarının onun nail olduğu inkişafı nümayiş etdirmələri üçün şansdır.

Müsabiqənin nümayəndəsi demişdir: "Bu, ölkələri və birlikləri birləşdirən, qarşılıqlı anlaşmaya xidmət edən bir tədbirdir. Biz dərindən əminik ki, "Eurovision" siyasi tədbirə çevrilməməlidir".


"The Wall Street Journal" (ABŞ): Azərbaycanın nailiyyətləri

Nəşr Azərbaycanın nailiyyətlərini qabardaraq yazır: "Bakıda "Eurovision" müsabiqəsinin keçirilməsi Azərbaycana ölkənin müstəqillik illərində qazandığı tərəqqini dünyaya nümayiş etdirmək imkanı vermişdir.

Bu gün, müstəqilliyinin əldə edilməsindən 20 il sonra Azərbaycan dünyada ən sürətlə inkişaf edən iqtisadiyyatlardan birinə malikdir. 2003-2008-ci illərdə ölkədə orta illik artım 20 faiz təşkil etmişdir.

Azərbaycanın nailiyyətləri bundadır ki, o, sürətli iqtisadi inkişafı, o cümlədən qeyri-neft sektorunun sabit artımını iqtisadi və siyasi sabitliklə birləşdirə bilmişdir".


"The Telegraph" (Bvöyük Britaniya): Bakı Qafqazın Dubayıdır

Azərbaycanı təsvir edən nəşr yazır: "Bakı heç bir başqa şəhərə bənzəmir. O, şüşədən möhtəşəm qüllələrlə müqayisədə daha çox şey təklif edə bilər. Orada cəlbedici attraksionları və sərgiləri olan nəhəng bulvar, rahat kafeləri və xalça dükanları olan labirintəbənzər İçərişəhər vardır.

Yeri gəlmişkən, Azərbaycan Müasir İncəsənət Muzeyi dünyanın ən hündür bayraq ağacından (Bakının özünəməxsus layihələrindən biri) daha çox təsirləndirir. Füsunkar qızılı çimərlikləri, Abşeronun sayrışan işıqları, bahalı restoranlar və klublar, bərq vuran "Kristall Palas".

Ölkənin qalan hissəsi heç də az təəccübləndirmir. İngiltərə boyda olan bu ölkədə dünyada mövcud olan 11 iqlim qurşağından 9-nun təmsil olunmasına adamın inanmağı gəlmir. Qədim qayaüstü rəsmlər, dağ-xizək kurortu, dünyada mövcud olan palçıq vulkanlarının yarısı, duz gölləri, yanar dağlar, palçıqla müxtəlif cür özünəməxsus müalicə üsulları təklif edən cürbəcür sanatoriyalar maraq doğurur.

Biznes etmək üçün bura gələnlərin əksəriyyəti neft sənayesi ilə bağlıdır. Ölkə mükəmməllikdən uzaqdır, lakin yeni təəssüratlar axtaran səyyahlar üçün tamamilə başqa dəyərlər təklif edir.

Bütün xəbərlər Facebook səhifəmizdə