Konstitusiya Məhkəməsinin hakimlərinə yaş senzi tətbiq edildi

Konstitusiya Məhkəməsinin hakimlərinə yaş senzi tətbiq edildi

Milli Məclis Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hakimliyi ilə bağlı yaş senzi tətbiq etməsi barədə qanunvericilikdə dəyişiklik edib. SİA-nın xəbərinə görə, bununla bağlı "Konstitusiya Məhkəməsi haqqında" qanunda dəyişiklik olunub.

Belə ki, Konstitusiya Məhkəməsi hakiminin vəzifədə olmasının yaş həddi 70 yaş olacaq. Konstitusiya Məhkəməsinin hakiminin səlahiyyətlərinə 70 yaşına çatdıqda xitam veriləcək.

Konstitusiya Məhkəməsinin 70 yaşına çatmış hakimi Konstitusiya Məhkəməsinin yeni hakimi təyin olunanadək vəzifəsinin icrasını davam etdirəcək.

Qeyd edək ki, indiyədək qanunvericilikdə Konstitusiya Məhkəməsi hakiminin vəzifədə olması ilə bağlı yuxarı yaş həddi yox idi.

Bütün xəbərlər Facebook səhifəmizdə