ABŞ ermənipərəstlərindən qondarma "DQR"in tanınması çağırışları

ABŞ ermənipərəstlərindən qondarma "DQR"in tanınması çağırışları

ABŞ-ın Rod-Aylend ştatının nümayəndələr palatası dövlət başçısı Barak Obamanı və ölkə Konqresini qondarma "Dağlıq Qarabağ Respublikası"nın müstəqilliyini tanımağa çağıran qətnamə çıxarıb. Palatanın ermənipərəst üzvləri tərəfindən qəbul edilən sənəddə "DQR"in müstəqil dövlət kimi konstruktiv mövqe ortaya qoymaq, regional problemlərin aradan qaldırılmasına dəstək göstərmək səyləri təqdir olunub /168.az/.


Qeyd edək ki, Nümayəndələr palatasının sözügedən iclasında qondarma "DQR"dən təmsilçilər, həmçinin bölgənin erməni icmasının nümayəndələri və yerli ermənilər iştirak ediblər. İclasla eyni vaxtda ABŞ Konqresinin nümayəndələr palatasının ermənipərəst üzvləri Ceyms Lanjevan və Devid Çiççilini Qarabağın müdafiəsi ilə bağlı çıxış səsləndiriblər. Onlarla "həmrəylik"nümayiş etdirən senatorlar Şeldon Uaythaus və Cek Rid də bəyanata qoşulublar. Adları çəkilən şəxslər qondarma "DQR"in tanınmasını vacibliyini vurğulayıblar.

Bütün xəbərlər Facebook səhifəmizdə