Bu gün Minsk qrupunun triosu Bakıya gələcək

Bu gün ATƏT-in Minsk qrupunun həmsədrləri Robert Bratke (ABŞ), Jak For (Fransa), İqor Popov (Rusiya) və ATƏT-in hazırkı sədrinin xüsusi nümayəndəsi Anji Kaspşik regiona səfərləri çərçivəsində Bakıya gələcəklər. SİA-nın xəbərinə görə, həmsədrlər Bakıya səfərləri zamanı Prezident İlham Əliyevin qəbulunda və Xarici İşlər Nazirliyində olacaqlar.

Görüşlərdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizama salınması ilə bağlı aparılan danışıqların hazırkı vəziyyəti və perspektivləri ətrafında fikir mübadiləsi aparılacaq.


Bütün xəbərlər Facebook səhifəmizdə