Bu gün Yerevanda ATƏT-in Minsk Qrupunun həmsədrləri Robert Bradtke (ABŞ), İqor Popov (Rusiya), Jak For (Fransa), həmçinin ATƏT sədrinin şəxsi nümayəndəsi Andjey Kasprşik xarici işlər naziri Edvard Nalbaldyanla görüşüblər.
Məlumatı Ermənistan KİV-i yayıb. Görüşdə XİN başçısı Azərbaycanın hərbi yolla münaqişəni həll etmək istədiyini və müharibə bəyanatları verdiyini, silahlandığını, nəticədə prosesin tənzimlənməsinin çətinləşdiyini iddia edib.
Nalbandyan həmsədrlərlə Rusiya, Azərbaycan və Ermənistan prezidentlərinin Soçidə keçirilən görüşdə səslənmiş bəyanatlarda əks olunan razılaşmaların həyata keçirilməsini və təmas xəttində baş verən insidentlərin araşdırılması mexanizmini müzakirə ediblər.
Qeyd edək ki, mayın 13-də həmsədrlər Bakıya gələcəklər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB