Ulu Öndər Heydər Əliyevin doğum günü münasibətilə Şirvanda bir sıra tədbirlər keçirilib - FOTO

Bu gün Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 89-cu ildönümü ilə əlaqədar Şirvanda bir sıra tədbirlər keçirilib. SİA-nın Aran bürosunun verdiyi xəbərə görə, ilk olaraq Şirvan rayon İcra Hakimiyyətinin başçısı Mərdan Camalov, ictimaiyyət nümayəndələri, şəhər sakinləri Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edərək önünə gül dəstələri düzərək dərin ehtiramlarını bildiriblər.

Ümummilli lider Heydər Əliyevin doğum günü ilə əlaqədar hazırlanan tədbirlər planına uyğun olaraq Şirvan şəhərində 75 yerlik körpələr evinin əsaslı təmirdən sonra açılışı olub. İki mərtəbədən ibarət olan uşaq bağçası ən müasir tələblər səviyyəsində əsaslı təmir olunub. Bağçanın həyəti abadlaşdırılıb, dayanıqlı enerji və istilik sistemi də quraşdırılıb. Bayram tədbirinə şəhər rəhbərliyi də qatılıb. Körpələr sevincli anlarını şeir söyləməklə bölüşüblər. Açılış mərasimində çıxış edən Şirvan şəhər İcra Hakimiyyətinin başçısı Mərdan Camalov körpələr evinin açılışı əlamətdar bir günə- Ulu öndər Heydər Əliyevin doğum gününə təsadüf edib. O Ulu öndərin tarixi xidmətlərini yada salmaqla uşaqlara göstərdiyi qayğıdan danışıb: \"Bu gün ölkə Prezidenti İlham Əliyevin və Heydər Əliyev Fondunun Prezidenti Mehriban Əliyevanın uşaqlara xüsusi diqqət göstərməsi uğurlu siyasətin davamının təzahürüdür\".

Sonda icra hakimi bağçanın daxili otaqlarında yaradılmış şəraitlə tanışlıq olub.


İqbal Mikayılov

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...