Azərbaycanın Ştutqartdakı fəxri konsulu Almaniyanın bəzi mətbuat orqanlarına çağırış edib

Azərbaycanın Ştutqartdakı fəxri konsulu Otto Hauzer Almaniya dövrü mətbuatı, qəzet və radiolara verdiyi müsahibəsində Almaniyanın bəzi mətbuat orqanlarının Azərbaycana münasibətdə ədalətli olmadığını diqqətə çatdırıb. Azərbaycanın Almaniya Federativ Respublikasının Baden-Vürtemberq torpağındakı fəxri konsulluğundan SİA-ya verilən məlumata görə, cənab Hauzer Azərbaycanı tənqid edənlərə etirazını bildirib və Azərbaycanın media kampaniyasının qurbanı olduğunu bildirib. \"Azərbaycanda demokratiyanın inkişafının zamana ehtiyyacı var. Bu bir prosesdir və Almaniyanın 20 ildir birləşməsinə baxmayaraq hələ də burada 100 faiz əminliklə tam demokratiyanın olduğuna heç kəs iddia edə bilməz\".

Azərbaycanı tənqid edən qurumları cənab Hauser qərəzsiz olmağa və ölkəni yaxından tanımağa çağırıb. Otto Hauzer Azərbaycanlıların çox xoş məramlı, qonaqpərvər, vətəninə bağlı olduqları haqqında danışıb və Almaniya ilə Azərbaycan arasındakı 190 ildən artıq tarixə malik münasibətlərin olduğunu da diqqətə çatdırıb. O, iki xalq arasındakı olan bu tarixi münasibətlərin hansısa maraqlar naminə pozulmasının qətiyyən yol verilməz olduğunu bildirib.

Fəxri konsul bütün müsahibələrində Azərbaycanın Avropa və xüsusilə Almaniya üçün ciddi enerji tərəfdaşı olduğunu da daim vurğulayıb. O, alman hökümətindən və digər Avropa ölkələrinin rəhbərliyindən Dağlıq Qarabağ probleminin ədalətli həllində Azərbaycana kömək etməyi tələb edib. \"İnsan haqqlarının pozulmasını Ermənistan Respublikası tərəfindən işğal edilmiş Azərbaycan torpaqlarında da diqqətdə saxlamaq və bu barədə qəti addımlar atılmalıdır\".

Azərbaycan Respublikasının Almaniyanın Baden-Vürtemberg torpağındakı fəxri konsulu otto Hauzer çox intensiv olaraq alman mətbuatında çıxış edir və Azərbaycanla bağlı həqiqətlərin Almaniya ictimaiyyətinə çatdırılmasına səy göstərir. Önümüzdəki həftə Almaniya mətbuatında yaranmış olan qərəzli məqalələrə cavab olaraq bir daha 10-dan çox qəzet və digər media nümayəndələri ilə görüşlər nəzərdə tutulub.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...