Rusiya Raket Əleyhinə Müdafiə sisteminin yaradılmasına imkan verməyəcək

"Rusiaya heç bir ölkəyə strateji balansı pozan Raket Əleyhinə Müdafiə (RƏM) sistemimi yaratmağa imkan verməyəcək". "İTAR-TASS" xəbər verir ki, bu bəyanatı RF baş nazirirn müavini Dmitriy Roqozin verib. Bu gün hərbi-sənaye korporasiyasında olan Roqozinin sözlərinə görə, nə qədər vəsait xərcləməyə hazır olsalar da, RƏM sistemini quraşdırmaq illüziyadır. Hökumət nümayəndəsi konkret ölkə adı çəkməsə də, söhbətin ABŞ-dan getdiyi bəllidir.


Baş nazirin müavini bildirib ki, kosmik-raketin inkişafı ilə yanaşı "böyük, nəhəng ölkənin daxilində" yeni forma, yeni inkişaf metodları da işlənib hazırlanmalıdır.


Xatırladaq ki, ABŞ müdafiə nazirinin köməkçisi Madlen Kridon Moskvada dünən keçirilən konfransda Birləşmiş Ştatların Raket Əleyhinə Müdafiə sisteminin quraşdırılmasını 2021-ci ilədək yekunlaşdıracağını bildirmişdi. Pentaqon nümayəndəsinin sözlərinə görə, raket təhlükəsi getdikcə artır: "Bizi daha çox İran və Şimali Koreya narahat edir. Hər iki ölkə birbaşa və ya dolayı yolla qitələrarası ballistik raketlər hazırlayır". Kridon onu da bildirmişdi ki, Amerikanın quraşdıracağı RƏM sistemi Rusiya və Çinə qarşı yönəlməyib. "Biz strateji sabitliyin pozulmasında maraqlı deyilik", deyə Pentaqon rəsmisi bildirmişdi. 168-az

Bütün xəbərlər Facebook səhifəmizdə