Sona Vəliyeva: “Bu günün Kaspi abituriyenti sabahın universitet tələbəsidir” - MÜNASİBƏT

Sona Vəliyeva: “Bu günün Kaspi abituriyenti sabahın universitet tələbəsidir” - MÜNASİBƏT
Kaspi Təhsil Mərkəzi 2007-ci ilin may ayının 1-dən iki qrupla - Kaspi Poliqlot və Kaspi Abituriyent adlı bölmə ilə fəaliyyətə başlayıb. SİA-nın xəbərinə görə, bunu jurnalistlərə açıqlamasında Kaspi Təhsil Mərkəzinin sədri Sona Vəliyeva deyib.

Onun sözlərinə görə, zaman keçdikcə fəaliyyət istiqaməti daha da genişləndirilib: "Artıq Kaspi Təhsil Mərkəzində Kaspi Global, Kaspi Professional, Kaspi Poliqlot, Kaspi Abituriyent, Kaspi Gids şöbələri fəaliyyətə başlayıb. Statistika ilə götürsək, 11 min 680 nəfərə Kaspi Poliqlot şöbəsində xarici dil səviyyəsini artırmaq üçün xidmət göstərilib. Hansı ki, orada 6 yaşdan 15 yaşadək və eləcə də 15 yaşdan yuxarı uşaqlar üçün dərslər keçirilib. 100-ə yaxın gənc xaricə bakalavr, magistr və doktorantura səviyyəsində təhsil almağa göndərilib. Respublikamızın sayılıb-seçilən universitetlərində Kaspi abituriyenti bitirmiş 1000-dən artıq gənc var".


S.Vəliyeva qeyd edib ki, Kaspi Abituriyent jurnalında daha bir yeniliyə imza atılıb: \"Azərbaycan Respublikasında müstəqil təhsil mərkəzi kimi ilk dəfə Kaspi Abituriyent paketi təqdim olundu. Bizim artıq devizimiz də mövcuddur. Belə ki, bu günün Kaspi abituriyenti sabahın universitet tələbəsidir".

Bütün xəbərlər Facebook səhifəmizdə