Səməd Seyidov: “Eurovision” müsabiqəsinin Avropa Şurasında müzakirə olunana məsələlərə nə aidiyyəti var?”
\"AŞPA-nın siyasi məhbuslar üzrə məruzəçisi Kristof Ştrasserin öz bloqunda "Eurovision" müsabiqəsini boykot etməyə çağırması onun Azərbaycana tərəfli münasibət bəsləməsinə növbəti misaldır\". SİA-nın xəbərinə görə, bunu Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri, millət vəkili Səməd Seyidov Milli Məclisdə çıxışı zamanı deyib. Onun fikrincə, "Eurovision" müsabiqəsinin Avropa Şurasında müzakirə olunana məsələlərə aidiyyəti yoxdur.
Kristof Ştrasserin Bakıya səfərə gəlməkdən imtina etməsinə də münaisbət bildirən S.Seyidov bildirib ki, Azərbaycan tərəfi AŞPA-nın siyasi məhbuslar üzrə məruzəçisi Kristof Ştrasserin səfərinə hazırdır və hələ də məruzəçinin ölkəmizə AŞPA hüquqi məsələlər komitəsinin verdiyi mandata uyğun şəkildə səfər etməsində maraqlıdır.
"AŞPA-nın hüquq məsələləri komitəsi məruzəçiyə yeni adla hesabat hazırlamaq üçün mandat versə də, Ştrasser hələ də yalnız Azərbaycanda siyasi məhbus problemini araşdırmaq niyyətindədir. Bu isə onun mandatına uyğun deyil. Qeyd olunan məsələnin müzakirəsi bu ay Parisdə AŞPA hüquq məsələləri komitəsinin iclasında davam etdiriləcək. Biz məruzəçini qəbul etməyə hazırıq. Düşünürük ki, bununla bağlı heç kimdə şübhə qalmamalıdır. Əsas odur ki, bu məsələdə təkcə Azərbaycan tərəfi konstuktiv mövqe nümayiş etdirməməlidir, məruzəçi də Avropa Şurasının bu və ya digər məsələ ilə bağlı qəbul etdiyi müddəalara əməl etməlidir. Adam ona tapşırılmayan məsələni necə araşdıra bilər?", - deyə o əlavə edib.Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB