Şəmkirdə Heydər Əliyevin anadan olmasının 89-cu il dönümü münasibətilə “Şaolin” döyüş sənətinin zona turniri keçirilib - FOTO

Şəmkir rayon İcra Hakimiyyəti, Yeni Azərbaycan Partiyası (YAP) Şəmkir rayon təşkilatı, Gənclər və İdman idarəsinin birgə təşəbbüsü ilə ümummilli lider Heydər Əliyevin anadan olmasının 89-cu ildönümü münasibətilə "Şaolin" döyüş sənətinin Sanda növü üzrə zona turniri keçirilib.

SİA-nın məlumatına görə, turnir Şəmkir rayonunda yerləşən güləş məktəbində keçirilib. Keçirilən turnirdə Gəncə, Qazax, Şəmkir idmançıları müxtəlif növ çəki dərəcələrində öz qüvvələrini sınayıblar. Turniri YAP Şəmkir rayon təşkilatının sədri Fəxrəddin Vəliyev açaraq Azərbaycan gəncliyinin inkişafı və ölkəmizdə gənclər siyasətinin formalaşması ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır: "Azərbaycanda 2 fevral Gənclər Günü 1997-ci ildən qeyd edilir. Həmin gün məhz Ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə təsis edilib\".

F.Vəliyev qeyd edib ki, ümummilli lider Heydər Əliyevin qoyub getdiyi siyasətin, Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin tərəfindən uğurla davam etdirilməsinin nəticəsidir ki, bu gün Azərbaycan İdmanı sürətlə inkişaf etməkdə davam edir.

Tədbirdə çıxış edən Gənclər və İdman İdarəsinin rəisi Pərvin Gözəlova bildirib ki, Azərbaycan müstəqillik əldə etdikdən sonra, bütün sahələrdə olduğu kimi, idman sahəsində də əsaslı irəliləyişlərə nail olub. Xüsusilə prezident İlham Əliyev Milli Olimpiya Komitəsinin prezidenti seçildikdən sonra respublikamızda idman və Olimpiya hərəkatının inkişafında böyük canlanma baş verib.

Dövlət başçısının diqqət və qayğısı sayəsində ölkəmiz artıq bir çox beynəlxalq səviyyəli yarışların, Avropa və dünya çempionatlarının keçirildiyi məkanlardan birinə çevrilib.

Daha sonra tədbirdə çıxış edən YAP Şəmkir rayon təşkilatı Gənclər Birliyinin sədri Ruhid Hacıyev qeyd edib ki, Azərbaycanda idmana göstərilən dövlət qayğısı sayəsində əvvəllər durğunluq dövrünü yaşayan bir sıra idman növləri də yüksək sürətlə inkişaf etməyə başlayıb. Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin sərəncamı ilə 2012-ci il ölkəmizdə "İdman ili" elan edilib.

Qeyd edək ki, yekunda qalib olan idmançılara YAP Şəmkir rayon təşkilatı tərəfindən fəxrı fərmanlar, diplomlar, medallar və qiymətli hədiyyələrlə təltif olunublar.

Bütün xəbərlər Facebook səhifəmizdə