\"Uşaqlara qarşı zorakılıq: səbəblər və onların aradan qaldırılması” mövzusunda beynəlxalq konfrans keçirilir

\"Uşaqlara qarşı zorakılıq: səbəblər və onların aradan qaldırılması” mövzusunda beynəlxalq konfrans keçirilir

Bu gün Milli Məclisdə \"Uşaqlara qarşı zorakılıq: səbəblər və onların aradan qaldırılması" mövzusunda beynəlxalq konfrans keçirilir. SİA-nın verdiyi xəbərə görə, konfrans Milli Məclisin və Avropa Şurasının birgə təşkilatçılığı ilə baş tutub. Tədbirdə çıxış edən Milli Məclisin vitse-spikeri Bahar Muradova bildirib ki, Azərbaycanda uşaqlara qarşı zorakılıqla mübarizə kampaniyasına hələ ötən ildən başlanılıb. Onun sözlərinə görə, bu istiqamətdə ölkə qanunvericiliyində nəzərda tutulan məsələlər çərçivəsində birgə çağırışlar edilib, bir çox təhsil müəssisələrində xüsusi tədbirlər həyata keçirilib: "Bütün dünya ilə birgə uşaq zorakılığına \"yox\" deyirik. Bu problemin də Azərbaycanda varlığı qəbul edilir və ona qarşı birgə mübarizə aparılır. Bizim məqsədimiz uşaqların sağlam nəsil kimi yetişməsi və əsl vətəndaş kimi böyüməsinə çalışmaqdır\",- deyə vitse-spiker qeyd edib.

Tədbirin davamında Milli Məclisin üzvü Sevinc Fətəliyeva, \"Ümidli Gələcək\" Gənclər Təşkilatının rəhbəri Nabil Seyidov, Avropa Şurasının Azərbaycandakı ofisində səfir Konstantin Yerokostopolos çıxış edib.


Könül

Bütün xəbərlər Facebook səhifəmizdə