AMEA-da illik ümumi yığıncaq keçirilir

AMEA-da illik ümumi yığıncaq keçirilir

Bu gün Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) illik ümumi yığıncaq keçirilib.

SİA-nın verdiyi xəbərə görə, tədbirdə Azərbaycan Milli Elmlər Akademiyasının elmi-tədqiqat müəssisələrinin, respublikanın digər elm və təhsil müəssisələrinin 2011-ci ildəki elmi-təşkilati fəaliyyəti, yerinə yetirilmiş elmi-tədqiqat işlərinin əsas nəticələri haqqında hesabat məruzəsi dinlənilib.

Qeyd edək ki, ümumi yığıncaqda AMEA-nın həqiqi və müxbir üzvləri, AMEA-nın elmi müəssisələrinin, respublikamızda elmi tədqiqatlar aparan nazirlik, elmi müəssisə və ali məktəblərin rəhbərləri, dövlət və ictimai təşkilatlarının nümayəndələri iştirak edib.

Bütün xəbərlər Facebook səhifəmizdə