Prezident İlham Əliyev Pakistan prezidentinə başsağlığı məktubu göndərib
Azərbaycan Prezidenti İlham Əliyev İslamabad şəhəri yaxınlığında baş vermiş təyyarə qəzası ilə bağlı Pakistan İslam Respublikasının Prezidenti Asif Əli Zərdariyə başsağlığı məktubu göndərib. SİA-nın məlumatına görə, məktubda deyilir:
\"Hörmətli cənab Prezident, İslamabad şəhəri yaxınlığında baş vermiş təyyarə qəzası nəticəsində çoxsaylı insan tələfatı xəbəri məni son dərəcə kədərləndirdi. Bu faciə ilə əlaqədar dərdinizi bölüşür, Sizə, həlak olanların ailələrinə və yaxın adamlarına, bütün Pakistan xalqına şəxsən öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verirəm. Allah rəhmət eləsin!\"
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB