Almaniya Fransanın həmsədrliyini Aİ ilə əvəzlənməsini istəmir

Almaniya Fransanın həmsədrliyini Aİ ilə əvəzlənməsini istəmir

Bu barədə Yerevanda səfərdə olan Almaniyanın dövlət katibi Korneliya Piper bildirib. Erməni mətbuatı xəbər verir ki, Yerevan Dövlət Universitetinin tələbələri qarşısında çıxışı zamanı verilən suala cavab olaraq dövlət katibi Almaniyanını ATƏT-in Minsk qrupunun həmsədrlərinin işindən razı olduğunu deyib: "ATƏT-in Minsk qrupunda Fransanın Avropa İttifaqı ilə əvəzlənməsinə ehtiyac yoxdur".


Korneliya Piperin sözlərinə görə, məsələnin Avropa parlamentində müzakirəsi gözlənilsə də, Almaniyanın mövqeyi həmsədrlərin əvvəlki tərkibdə qalmasıdır.


Qeyd edək ki, martın 23-də Avropa parlamenti Ermənistanla bağlı qəbul etdiyi sənəddə ATƏT-in Minsk qrupunun həmsədri olan Fransanın Avropa İttifaqı ilə əvəzlənməsini təklif etmişdi. Məsələ qurumun bu ay keçiriləcək plenar iclasında səsverməyə çıxarılmalıdır.

Bütün xəbərlər Facebook səhifəmizdə